SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir.

Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.

BAKU.WS