055 213 76 73
Abşeron rayonunda evdən və marketdən oğurluq oğurluq etmək istəyən şəxslər mühafizə polisləri tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Bunu sübut edən növbəti iki hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Novxanı qəsəbəsində yerləşən Xalıq İbrahimova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.
Onu təqib edən polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron rayon Polis İdarəsinə təhvil verilib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Bərdə rayon sakini Qulu Əhmədov olduğu məlum olub.
Həmin obyektdən gələn həyəcan siqnalı polislər tərəfindən yoxlanılan zaman oradan oğurluğa cəhd göstərən Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb.
Bu şəxs də ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.
BAKU.WS