055 213 76 73
Bakıda ana itkin düşən 18 yaşlı oğlunun axtarışlarına başlayıb.
BAKU.WS xəbər verir ki, 1968-ci il təvəllüdlü Sevil Şəmsi qızı Əhmədova Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsinə müraciət edib.
O, bildirib ki, 2001-ci il təvəllüdlü Nurlan Rövşən oğlu Hətəmzadə yoxa çıxıb.
Qadın bildirib ki, oğlu ilə sonuncu dəfə martın 31-də əlaqə saxlayıb.
Həmin vaxt o, Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyyəsi və İsman Akademiyasının yaxınlığında olduğunu deyib.
Lakin sonradan evlərinə qayıtmayıb. Faktla bağlı Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsində araşdırmalar aparılır.
Ziya SƏCCAD
BAKU.WS