SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də saat 5 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakini Nəbi Bayramov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

BAKU.WS