SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Binəqədi rayonu “Gənclər evi”ndə təhsil alan 4 yaşlı uşaq dolabın altında qalaraq xəsarət alıb.


BAKU.WS xəbər verir ki, “Gənclər evi”nin əməkdaşı Mahmud Məmmədzadə “report”a açıqlamasında bildirib ki, hadisə aprelin 1-də baş verib.

Belə ki, dərs zamanı otaqda oynayan 2015-ci il təvəllüdlü Hüseyn Talıblının üzərinə dolab aşıb və o, qol nahiyəsindən xəsarət alıb.

“Hadisə uşağın otaqdakı dolabın qapısından yapışan zaman baş verib. Dolab onun üstünə aşıb, dərhal müəllim uşağı xilas edib. Uşaq qolundan xəsarət alıb. Hazırda uşağın vəziyyəti yaxşıdır”, - M.Məmmədzadə deyib.

M.Məmmədzadə bildirib ki, Binəqədi rayon “Gənclər Evi”nin əməkdaşları H.Talıblını evində ziyarət ediblər və valideynlərinə uşağın 4 ay müddətinə ödənişsiz təhsil almasını təklif ediblər.

BAKU.WS