SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda kişi 19 yaşlı qızının itkin düşməsi barədə polisə müraciət edib.


BAKU.WS xəbər verir ki, Xətai rayon sakini 1969-cu il təvəllüdlü Hüseyn Arif oğlu Nəbiyev Xətai rayon Polis İdarəsi 34-cü polis şöbəsinə müraciət edib.

O, bildirib ki, bu ilin fevral ayının 18-də, onunla birgə yaşayan 2000-ci il təvəllüdlü qızı Nərgiz Hüseyn qızı Nəbiyeva yoxa çıxıb. O, deyib ki, qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS