SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nərimanov rayonunda mağazalardan birində oğurluq olub.

Bu barədə BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, Həsən Əliyev küçəsi 85 ünvanında yerləşən mağazadan oğurluq edilib.

Mağazaya daxil olan gənc oğlan viski oğurlayıb. Bildirilir ki, həmin şəxs 350 manata 25 illik viski oğurlayıb.

Məsələ ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciət edilib. Araşdırma aparılır.

Cavid Babayev
BAKU.WS