SİZİN REKLAM BURADA!
055 213 76 73



Rejissor Rövşən Almuradlı dayanacaqda qəflətən dünyasını dəyişib.

BAKU.WS
  ONA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sahil küçəsində dayanacaqda avtobus gözləyən sənətçinin qəflətən vəziyyəti pisləşib.

Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Mərhumun ölüm səbəbi bilinmir.

Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Rövşən Almuradlı “Cavad xan”, “Kleopatra”, “Padarçöl”, “Qudyalçay”, “Qobustan” kimi filmlərin müəllifidir.

BAKU.WS