VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün səhər saatlarında Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, hadisə rayonun Katex kəndəndən şəhər istiqamətinə hərəkətdə olan “VAZ-2107” markalı, 08 BX 274 nömrə nişanlı avtomobil qəzaya uğrayıb.

Avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Rəvan Qureyşin oğlu Mikanayev idarəetməni itirib və maşın yol dairəsinə çırpılıb.

Qəza nəticəsində Rəvan Mikanayev hadisə yerində ölüb. Avtomobildə sürücüdən başqa heç kim olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS