SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Ağsu rayonunda dağda yaranmış sürüşmə nəticəsində Ağsu-Xanbulaq avtomobil yolunun təqribən 7-ci km-də yolun hərəkət hissəsinə dağın yamac hissəsindən torpaq qatı axaraq tökülüb.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, nəticədə yol ilə hərəkət qısa müddətlik məhdudlaşıb.

Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiyini texnika və canlı qüvvəsi cəlb olunaraq qısa müddət ərzində yaranmış problem aradan qaldırılıb və yol ilə hərəkət bərpa olunub.

Qeyd edək ki, ərazi aktiv sürüşmə zolağında yerləşir və torpaq uçqununa intensiv yağışlar səbəb olub.

BAKU.WS