SİZİN REKLAM BURADA!
055 213 76 73
Bakıda zəncirvari yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri
BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.
Qəzada 5 minik avtomobili toqquşub. Hadisə yerinə yol polisi və təcili yarıdm həkimləri cəlb olunub. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından
BAKU.WS-ə verilən məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.
Hadisənin görüntülərini təqdim edirik:
Ziya SƏCCAD
BAKU.WS