SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda zəncirvari yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Bildirilir ki, yol qəzası Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəzada 5 minik avtomobili toqquşub. Hadisə yerinə yol polisi və təcili yarıdm həkimləri cəlb olunub. Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından BAKU.WS-ə verilən məlumata görə, qəza zamanı 3 nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib.

Hadisənin görüntülərini təqdim edirik:

Ziya SƏCCAD
BAKU.WS