SİZİN REKLAM BURADA!
055 213 76 73



Yardımlı rayonunda polis zabitinin idarə etdiyi xidməti avtomobil uçuruma yuvarlanıb.

BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə martın 30-də axşam saatlarında Yardımlı rayonunun ucqar kəndlərindən olan Osnakəranda baş verib.

Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin müvəkkili, baş leytenant Şahin Nəsirovun idarə etdiyi “Chevrolet” markalı avtomobil uçuruma yuvarlanıb.

Nəticədə 1988-ci il təvəllüdlü Ş. Nəsirov hadisə yerindəcə keçinib.

Qəzaya səbəb kimi yolun qar yağması nəticəsində sürüşkən olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS