SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 17:30 radələrində Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın yolu keçən piyadanı vurub. Piyadanın öldüyü bildirilir.

Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS