VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.

BAKU.WS xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb.

Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

Həmin videonu BAKU.WS əldə edib. Görüntülər Səbail rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir nəfər şəxs yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən avtomobilin üstünə atılır. Piyada maşına dəyib və yerə yıxılır.

Videodan da açıq-aydın görünür ki, şəxs bilərəkdən özünü maşının üstünə atır.

Baş verən hadisənin görüntüsünü təqdim edirik:

Abbas
BAKU.WS