Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Məhəmmədi-Zabrat yolunda qeydə alınıb. 1995-ci il təvəllüdlü Abuzərli Ceyhun Qurban oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçmək istəyən qadını vurub. Nəticədə piyada xəstəxanaya çatdırılan zaman ölüb.

Araşdırmalar nəticəsində dünyasını dəyişən piyadanın Maştağa qəsəbə sakini, 1969-cu il təvəllüdlü Səlimova Dilarə Sabir qızı olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

BAKU.WS