SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda polad əritmə sexində partlayış baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində, keçmiş TES 1-in ərazisində fəaliyyət göstərən polad əritmə sexində qeydə alınıb.

Belə ki, partlayış zamanı həmin sexdə çalışan 4 nəfər, 1967-ci il təvəllüdlü Mehrəliyev Əlibaba Kamil oğlu, 1992-ci il təvəllüdlü Qaraçayev Ceyhun Nazim oğlu, 1974-cü il təvəllüdlü Cəlilov Vüqar Məzahir oğlu və 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu ağır yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Daha sonra yaralılar Bakı şəhərinə aparılıb. Onlardan biri 1960-cı il təvəllüdlü Seyidəliyev Minyaz Şükür oğlu aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS