SİZİN REKLAM BURADA!
055 213 76 73



Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, binanın ikinci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 7 ədəd elektrik sayğacı və 6 p.m kabel yanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Digər sayğaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BAKU.WS