SİZİN REKLAM BURADA!
055 213 76 73



“Diqlas” Ticarət Mərkəzində yanan mallar dövlət tərəfindən kompensasiya edilməsi qanunla düzgün deyil.
 
BAKU.WS  xəbər verir ki, hadisə yerinə gələn fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, özəl obyekt olduğundan kompensasiya ödəniləcəyi sual altındadır: 

"Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz malını sığortalamalıdır. Heç nədən asılı olmayaraq. "Diqlas" özəl obyekt olduğundan dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Çünki bura özəl obyektdir, özəl bir ticarət mərkəzidir. Amma hər bir mağaza sahibi öz dükanını və mallarını sığortalamalıdır. Kompensasiya sonrakı prosesdir, mən indi buna qərar vermirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS