Ötən gün Bakıda yolun hərəkət istiqamətinə əks tərəfdə dayanan avtomobil sürücüsü tıxac yaradıb.

Bu barədə BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilib ki, “Hyundai” markalı, 99 RU 740 dövlət nömrə nişanlı avtomobil yolun hərəkət istiqamətinə əks tərəfdə dayanıb.


Digər sürücü həmin maşınla üz-üzə gəlib. Lakin əks tərəfdə dayanan sürücü avtomobili kənara çəkməyib. Nəticədə böyük tıxac yaranıb.

Cavid Babayev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ