VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Nəsimi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS ONA-ya istinadla xəbər verir ki, Rəşid Behdudov küçəsində işıqforun qırmızı işığına hərəkəti davam etdirən “Ford Mustang” markalı avtomobil Milli Bank qarşısında əks istiqamətdə hərəkət edən “Hundai” markalı avtomobilə çırpılıb.

Zərbədən “Mustang” yerində çevrilib, “Hundai” isə dəmir səkiyə çırpılaraq dayanıb.

Qəza zamanı “Hundai” maşının sərnişini 1985-ci il təvəllüdlü Məmmədov Namiq Vaqif oğlu müxtəlif xəsarətlər alıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, qəzanı törədən “Mustanq”-ın sürücüsü qadın olub.

Hadisə yerində polis əməkdaşları olublar. Faktla əlaqədar araşdırma aparılır.

BAKU.WS