SİZİN REKLAM BURADA!
055 213 76 73



Səhiyyə Nazirliyi Bakıda marşrut avtobusunun törətdiyi qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən “Report”a bildirilib ki, qəza nəticəsində 30 yaşlı kişi döş qəfəsinin küt travması ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Qəza nəticəsində yüngül xəsarət alan 72 yaşlı kişiyə isə yerində yardım göstərilib.

Qeyd edək ki, martın 19-da paytaxtın Qara Qayarev prospektində, “8-ci kilometr bazarı”nın yanında 40 nömrəli marşrut xətti ilə hərəkət edən 10-TG-826 dövlət nömrə nişanlı avtobusu zəncirvari qəza törədib. Belə ki, avtobus idarəetmədən çıxaraq bir neçə avtomobilə çırpılıb.

***10:26

Bakıda zəncirvari yol qəzası baş verib.

BAKU.WS xəbər verir ki, 8-ci kilometr bazarı yaxınlığında baş verən qəza zamanı 5 maşın bir-birinə dəyib.

40 saylı xətt üzrə hərəkət edən avtobus iki maşına çırpılıb. Qəza zamanı 5 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Qəzanın görüntüsünü təqdim edirik: 

Abbas
BAKU.WS