SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı metrosunda gərgin anlar yaşanıb.

BAKU.WS xəbər verir ki, “Elmlər Akdemiyası” stansiyasında qatar hərəkət etməyib. Təxminən 5 dəqiqə sonra vaqonlardakı sərnişinlər təxliyyə olunublar.

Qatar geri “Nizami” stansiyasına qayıdıb. Nəticədə stansiyada sərnişin sıxlığı yaranıb.

Hadisə ilə əlaqədar Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinn rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirdi ki, hadisə qatarda yaranmış texniki nasazlıq səbəbindən baş verib.

“Bu gün Dərnəgül xətti üzrə hərəkətdə olan qatarda texniki problem yaranıb. Təlimatımıza uyğun olaraq qatar “Elmlər Akadeiyası” stansiyasında sərnişinləri düşürərək, geriyə, “Nizami” stansiyasına qayıdıb və depoya göndərilib”, - deyə B.Məmmədov bildirib.

BAKU.WS