SİZİN REKLAM BURADA!
055 213 76 73



Tovuzda bədbəxt hadisə baş verib.

BAKU.WS-in ONA-ya istinadla verdiyi məlumata görə, hadisə rayonun Əsrik-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Əli Abbasov yük maşının altında qalaraq dünyasını dəyişib.

Ə. Abbasov atası ilə meşəyə gedərkən "ZİL" markalı yük maşını qəfildən aşıb. Nəticədə maşının yük yerində olan gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə gəncin öldüyünü görüb və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS