SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.

BAKU.WS-in məlumatına görə, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.

Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.//Trend

BAKU.WS