SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağsuda yük maşını aşıb.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərəbmehdibəy kəndi ərazisində qeydə alınıb. “Shacman” markalı yük avtomobili yoldan çıxaraq su kanalına düşüb. Nəticədə yük maşınının sürücüsü Kəlbəcər rayon sakini, 1967-ci il təvəllüdlü Mübariz Ağa oğlu Məmmədov dünyasını dəyişib.

Məlumata görə, aşan yük maşını SOCAR-a məxsus olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS