VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün axşam saatlarında Beyləqan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.


BAKU.WS xəbər verir ki, yol qəzası dünən saat 20:15-də qeydə alınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə araşdırma aparılıb və meyit müayinə olunub.

Aparılmış ilkin istintaq zamanı müəyyən olub ki, Beyləqan şəhəri, F.Kərimzadə küçəsi, ev 27-də yaşayan Şirvan Fazil oğlu Təhməzov özünə məxsus “Pajero İO” markalı, 99 DC 695 dövlət nişanlı avtomobillə

Beyləqan şəhəri, Magistral küçəsində hərəkətdə olarkən 1952-ci ildə İmişli rayonu, Əliqullar kəndində anadan olan və Beyləqan şəhərində yaşayan Tofiq Şeyda oğlu Nağıyevi vurub. Piyada ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, piayda xəstəxanada ölüb.

Hazırda faktla bağlı Beyləqan rayon polis şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Ziya SƏCCAD
BAKU.WS