SİZİN REKLAM BURADA!
055 213 76 73



Sabunçu rayonunda avtobus və minik avtomobilin toqquşması nəticəsində xəsarət alanlar var.

BAKU.WS ONA-ya istinadən məlumat verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.

“107” nömrəli sərnişin avtobusu hərəkətdə olan zaman “BMW” markalı avtomobil onun arxa hissəsinə çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişin və sürücü xəsarət alıb.

Hazırda hadisənin dəqiq təfərrüatları araşdırılır.

BAKU.WS