055 213 76 73
Ötən gün Sumqayıtda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS xəbər verir ki, 1991-ci il təvəllüdlü Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 20/33, mənzil 30 ünvanında yaşayan Rauf Qüdrət oğlu Həsənzadə idarə etdiyi 90 OG 136 dövlət qeydiyyat nişanlı “Daevo nexia” markalı avtomobillə 11 mart 2019-cu il tarixdə, saat 20 radələrində qəza törədib.
O, idarə etdiyi maşınla Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək prospektində hərəkətdə olan zaman yolu keçən piyada, 1984-cü il təvəllüdlü Seymur Möhtərəm oğlu Qədiməliyevi vurub. Piyada xətəxanaya aparılarkən yolda ölüb.
BAKU.WS