Bakıda 46 yaşlı qadın polisə müraciət edərək ögey atasının yoxa çıxdığını bildirib.


BAKU.WS xəbər verir ki, 1973-cü il təvəllüdlü Leyla Məhərrəm qızı Vəliyeva Nizami rayon Polis İdarəsi 25-ci polis şöbəsinə müraciət edib.

O, bildirib ki, onunla birlikdə Nizami rayon, Ə.Kürçaylı qəsəbəsi, ev 20, mənzil 23-də yaşayan ögey atası Qadir Cabbar oğlu Cafaraliyev itkin düşüb. O, martın 6-da, saat 17:30-da evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı 25-ci polis şöbəsində araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS