SİZİN REKLAM BURADA!
055 213 76 73



Martın 9-na keçən gecə Qax rayonunda baş vermiş ağır yol qəzasında vəfat edən 24 yaşlı Məcid Məmmədrəhimovla bağlı dəhşətli faktlar üzə çıxıb.

BAKU.WS Publika.az-a istinadla xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 84-cü kilometrliyində, yolun Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində "Mercedes" markalı yük avtomobili ilə toqquşan "QAZel" markalı mikroavtobusda toqquşan 24 yaşlı gəncin martın 10-da nişan mərasimi olacaqmış.

Məcidin əmisi oğlu, Xaçmazda yaşayan jurnalist Cəmil Məmmədli bildirib ki, nişan məclisi üçün evdə bütün hazırlıqlar görülüb, hədiyyələr, xonçalar düzülübmüş.

Nişan üçün Qaxdan doğma rayonuna yola düşən 24 yaşlı Məcid Məmmədrəhimov doğulduğu Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilib.

BAKU.WS