SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

BAKU.WS
  report-a istinadən xəbər verir ki, hadisə Əliyaqublu kəndi ərazisində qeydə alınıb

Belə ki, minik və yük avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb.

Ölənlər Şəmkir rayon Əliyaqublu kənd sakini, "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Ruslan Vilayət oğlu Kazımov və onun sərnişini, 2000-ci il təvəllüdlü Elxan Nəsimi oğlu Cəlilovdur.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Taleh İspəndiyar oğlu Ələkbərov və onun həmyaşıdı Bağır İlham oğlu Hüseynov yaralanıb.

Yaralılardan biri Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Digər yaralı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həmin yaralının da Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilməsi planlaşdırılır.

Yük maşının sürücüsünün isə xəsarət almadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS