Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.

"Tofaş" markalı minik avtomobili yoldan çıxaraq divara çırpılıb. Nəticədə 1999-cu il təvəllüdlü Bağırov Elxan Nurəli oğlu yerindəcə dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ