SİZİN REKLAM BURADA!
055 213 76 73



Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, hadisə rayon ərazisində qeyd alınıb. Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.

Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

BAKU.WS