SİZİN REKLAM BURADA!
055 213 76 73



Hacıqabulda sürücüsü içində olan avtomobilin üzərinə yük maşınından mişar daşları tökülüb.

BAKU.WS ONA-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistralında Hacıqabul rayonu ərazisində mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobil aşıb.

Buna səbəb normadan artıq mişar daşı ilə yüklənmiş avtomobilin təkərinin ağır yükə tab gətirməyərək partlaması olub. Nəticədə mağazanın qarşısında dayanan avtomobilin üstünə mişar daşları tökülüb.

Hadisə zamanı taksi kimi fəaliyyət göstərən “Hyundai” markalı avtomobilin içərisində olan sürücü, Şirvan sakini Abdullayev Əlisəftər Xəlil oğlu xəsarət almayıb. Daşların altında qalan avtomobili tərk edə bilməyən sürücü ətrafdakıların köməyi ilə oradan çıxarılaraq xilas edilib. Minik avtomobili yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS