Azərbaycanda yanvar ayından indiyədək 42 nəfər dəm qazından zəhərlənmə şikayəti ilə Kliniki Tibbi Mərkəzə müraciət edib.

BAKU.WS-in məlumatına görə, bunu Trend-ə mərkəzin Toksikologiya Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Onun sözlərinə görə, müraciət edənlərin 14-ü xəstəxanaya yerləşdirilib.

A.Maqsudov əlavə edib ki, müraciət edənlər arasında uşaqlar da olub: "Ümumilikdə dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin 6-sı uşaq olub ki, onların 3-ü xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlər arasında ölüm halı baş verməyib".

Şöbə müdiri qeyd edib ki, bu il qış mülayim keçdiyindən dəm qazından zəhərlənmə ilə bağlı edilən müraciətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə az olub.

BAKU.WS