SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabadda uşaq ölümü baş verib.

BAKU.WS
ONA-ya istinadla xəbər verir ki, Qarazəncir kənd sakini, 2009-cu il təvəllüdlü Elnar Mustafayevin hərarəti yüksəlib.

Köməyə çağırılan tibb bacısının vurduğu antibiotik iynə uşağa pis təsir etdiyindən, onu dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Lakin xəstənin həyatını xilas etmək üçün gec olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, 26 fevral tarixində Şabran rayonunda 8 yaşlı Gülnur Elnur qızı Dadaşova antibiotik iynə vurulandan sonra vəziyyəti ağırlaşıb,daha sonra yerləşdirildiyi xəstəxanada ölüb. Yaxınlarının bildirdiyinə görə, G.Dadaşovanın ölümünə səbəb həkimin antibiotikin "prob" qoyulmadan vurulması olub.

BAKU.WS