VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Maştağa qəsəbə sakinindən “Kalaşnikov” markalı avtomat silah aşkar edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Rəhman Həsənov saxlanılıb.

Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat silah, patron darağı və 26 ədəd parton aşkar edilərək maddi sübut kimi götürülüb.

R.Həsənov ifadəsində odlu silah-sursatı bir müddət əvvəl dəniz kənarından tapdığını və həmin gündən bəri avtomobilində saxladığını bildirib.

Faktla bağlı R.Həsənov barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

BAKU.WS