SİZİN REKLAM BURADA!
055 213 76 73



Öz əlləri ilə toxunma güllər hörərək pul qazanması ilə sosial şəbəkədə rəğbət qazanan gözdən əlil Elçin qarət olunub.

BAKU.WS
  xəbər verir ki, oğru və ya oğrular onun mənzilinə girib böyük zəhmətlə topladığı 800 manat pulunu, 1 ədəd qızıl üzüyünü və gümüş boyunbağını aparıblar.

Elçin hadisə barədə danışarkən göz yaşlarını saxlaya bilməyib: "Axı bir insan bunu necə edə bilər"?

Oğru Elçinin təkcə pulunu və üzüyünü oğurlamayıb, onun insanlara inamını oğurlayıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Gözdən əlil birini qarət edən oğru və ya oğruların tapılaraq cəzalandırılmasına ümid edirik.

Aysel
BAKU.WS