SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün Bakıda dəm qazından bir nəfər ölüb.


BAKU.WS xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Hacıyev Vaqif Zülfüqar oğlunun yaşadığı Lökbatan qəsəbəsi, 6-cı massiv, 4-cü küçə, ev 22 ünvanında hamamda dəm qazından zəhərlənməsi barədə polisə məlumat daxil olub.

Həmin məlumat əsasında hadisə yerinə və meyitə məhkəmə-tibbi ekspertiin və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Vaqif Hacıyevin meyitinin xarici müayinəsi zamanı bədən səthində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS