SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünən gecə saatlarında Lənkəranın Qrumba kəndində toyda qan düşüb.

BAKU.WS
-in məlumatına görə, toyda yeyib-içən qonaqlar mahnı sifariş vermək üstündə mübahisə ediblər.

Mübahisə nəticəsində əlbəyaxa dava düşüb. Dava zamanı 40 yaşlı Səxavət Haqverdiyev həmkəndlisi 31 yaşlı Camal Şəkərovu bıçaqlayıb. Hadisə yerinə polis gəlib və dava iştirakçıları bölməyə aparılaraq izahatları alınıb.


Ağır bıçaq yarası alan Camal və ağır kəllə-beyin travması alan Səxavət Haqverdiyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS