VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağcabədi rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və həyat yoldaşı Həyat Məmmədova hadisə yerində ölüblər. Digər avtomobildə olan üç nəfər Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS