SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yaşayış binasında yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 74 m² olan 3 otaqlı mənzilin eyvanında 0,5 m² sahədə taxta qırıntıları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

Yanğınla əlaqədar təxliyə aparılmayıb.

BAKU.WS