SİZİN REKLAM BURADA!
055 213 76 73



Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Aydınbəyov küçəsində kütləvi dava olub.

BAKU.WS “Baku.tv”yə istinadən xəbər verir ki, bir qrup gənc arasında düşən mübahisə sonda dava ilə nəticələnib.

Dava zamanı 1999-cu il təvəllüdlü 3 nəfər - Vəlizadə Möhübbət, Zeynalov Abbas və Əliyev Zili bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 2000-ci il təvəllüdlü Rzayev Əhmədiyyə isə döyülüb.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, həmin gənclər Memarlıq və İnşaat Universitetinin tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS