SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gündür əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərviz Quliyevin SumqayIt şəhərində, dəniz kənarında asılmış meyiti aşkarlnıb.

Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, P. Quliyev sonuncu dəfə Azadlıq stansiyasının yaxınlığında görünüb. O, itkin düşən zaman əynində qara rəngli gödəkcə və cins şalvar olub.

BAKU.WS