Gecə saatlarında paytaxtın Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsində özünəqəsd hadisəsi baş verib.

BAKU.WS 
oxu.az-a istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Asəf oğlu özünə bıçaqla çoxsaylı xəsarət yetirib.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona birinci və ikinci qabırğanın, qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyyata alınıb. Hazırda vəziyyəti orta-ağırdır.

Analoji hadisə Bakının Pirşağı kəndində Həsən Əliyev küçəsində baş verib. 2000-ci il təvəllüdlü Sultanov Eldar Rasim oğlu özünə bıçaqla xəsarət yetirib.

Yaralı Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Əməliyyata alınıb. Vəziyyəti orta-ağırdır.

Hər iki hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS