VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi yol qəzasında ağır yaralanıb.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Novxanı qəsəbəsində baş verib.

Belə ki, Abşeron rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev idarə etdiyi xidməti avtomobili ilə hərəkətdə olan zamanı idarəetməni itirib və avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı Ə.Əmirəliyev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS