SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvanın Şeremetyevo hava limanında "Silk Way"in biznes-jetinin qəzaya düşdüyü an kameraya düşüb.

BAKU.WS xəbər verir ki, “Qolfstrim” (“Gulfstream”) şirkətinə məxsus biznes-jet təyyarə Bakıdan Moskvaya uçub. Kadrlarda hadisənin necə baş verdiyi açıq-aydın görünür. 

“Silk Way Business Aviation” aviaşirkətindən verilən məlumata görə, təyyarə “Şeremetyevo” hava limanında qarlı zolağa enərkən zolaqdan kənara çıxıb. Təyyarənin göyərtəsində üç nəfər olub və onların heç biri xəsarət almayıb. 

İlkin qiymətləndirməyə görə, təyyarəyə ziyan dəyməyib.

BAKU.WS