SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəmkir rayonunda bədbəxt hadisə baş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, rayonun Dəllər Cəyir kənd sakini, 2009-cu il təvəllüdlü Hüseynov Şadxan kənd uşaqları ilə gizlən-qaç oynayan zaman yaxınlıqdakı elektrik transformatorun arxasında gizlənib.

Bu zaman uşağın qolu yüksək gərginlikli elektrik xəttinə toxunub və onu "tok" vurub. Ş.Hüseynov qolu yanığa bağlı amputasiya edilib.

BAKU.WS