SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yeniyetmə qız itkin düşüb.

BAKU.WS Trend-ə istinadən məlumat verir ki, hadisə Suraxanı rayonunun Binə qəsəbəsində baş verib.

Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan Qərənfil Rüstəmova polisə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 2002-ci il təvəllüdlü Rüstəmova Ləman Rasim qızı fevralın 21-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS